Blinken Bononu İrəvan və Bakıya niyə göndərib?

17-09-2023, 09:14           
Blinken Bononu İrəvan və Bakıya niyə göndərib?
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun bölgəyə səfəri başlayıb. O əvvəlcə Ermənistanda görüşlər keçirib. Dövlət Departamenti Luis Bononun səfərini ABŞ-ın Ermənistanla Azərbaycan arasındakı vəziyyətin nizamlanması istiqamətində səylərini davamı kimi qiymətləndirib. Görüşlərdə Ağdam-Xankəndi və Laçın yolu mövzuları da müzakirə predmetidir. Böyük ehtimalla dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Nyu-Yorkda görüşdürmək istəyir. Blinken Bononu ona görə İrəvan və Bakıya göndərib. BMT Baş Assambleyanın 19-25 sentyabr tarixlərində əsas tədbirləri keçiriləcək. Bu tədbirlər çərçivəsində Entoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşməsi mümkündür. Vaşinqton anlayır ki, indiki şərtlər altında sülh sazişinin imzalanması çətindir. Ancaq Dövlət Departamentində hesab edirlər ki, heç olmazsa intensiv görüşlər vasitəsilə Azərbaycanla Ermənistan arasında yeni toqquşmanın qarşısını ala bilərlər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru