Azərbaycanın qeyri-neft sektorunun, "pomidor iqtisadiyyatının anatomiyası"

18-09-2023, 00:16           
Azərbaycanın qeyri-neft sektorunun, "pomidor iqtisadiyyatının anatomiyası"
Məmləkət əməkçiləri bu ilin 8 ayında 112 min ton pomidor ixracından 134 milyon dollar qazanıblar, kilosunu 1 dollar 10 sentə, yəni, 1 manat 87 qəpiyə satıblar. Pomidoru ərsəyə gətirmək üçün 3-4 ay ağır əmək, hər kq-nın mayasına, təxminən, 50-60 qəpik pul xərcləmək lazımdır.
Bütün dünya indi iPhone 15-in satışa çıxmasını gözləyir, ABŞ-da ən ucuz versiyası 825 dollara, ən baha iPhone 15 Max modeli isə 1599 dollara satılacaq.
Azərbaycanda bu qiymətləri, təxminən, 2-yə vurmaq lazım olacaq, deməli ən ucuz versiyası 2500-2700 manat arası, ən baha model isə 5000-5500 arası olacaq.
iPhone modelinin istehsalı 46 saniəyə başa gəlir, bizim Şəmkirli Mamed dayı bu il Universitetin pullu bölümünə qəbul olan oğluna yeni iPhone-nin ən ucuzunu almaq üçün 3-4 ay əziyyət çəkib 1400 kq pomidor istehsal etməlidir, əgər oğlu pulsuz qrupa qəbul olubsa dirəşib iPhone 15 Max istəsə, Mamed dayı 2800 kq pomidoru Moskvada satmalıdır. Hə, əgər Mamed dayının öz malını özünün Ursetə aparıb-satmaq imkanı varsa belə mənzərə alına bilər, amma belə deyil axı, pomidoru Mamed dayıdan ağ könynəkdə, ütülü şalvarda gəzən, bazar günləri dəb üçün Tesla sürən, "ruskoyazıçnı kruqda" dolaşan, böyük, lap böyük adamlara yaxın dostları olan Azik adlı qaqaş 70-80 qəpiyə alıb Moskvada 1 manat 87 qəpiyə satır.
Deməli Mamed dayı uşağına telefon almaq üçün 3-4 ay arı kimi çalışıb, azı 5-6 ton pomidor istehsal etməlidir.
Can ay dayı, sənin timsalında Azərbaycanın qeyri-neft sektorunun, "pomidor iqtisadiyyatının" içini, "anatomiyasını" gördük...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.