Bu müharibədə canlı olaraq nələr gördük?

18-09-2023, 09:55           
Bu müharibədə canlı olaraq nələr gördük?
Bu müharibədə canlı olaraq nələr gördük?
1. Öz oğlunun tabutu qabağında oynayan ana.
2. Öz nişanlısının ölümündən sonra intiar edən qız.
3. Qardaşının şəhid xəbərini aldıqda, cənazənin gəlməsini gözləmədən intihar edən Neftçalalı bacı.
4.Öz ərinin cənazəsini çiynində daşıyan qadın.
5.Öz qızının bağırsaqlarını yerdən yığan ata.
6.Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.
7.Əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyən qəhrəman.
8..Ürəyində qəlpə ola -ola canım qurban bu vətənə deyən əsgər.
9. Əsgərinə bu mənim qardaşımdır deyən General.
10. Öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana.
11. Can verəndə qızım üçün darıxıram deyən əsgər.
12. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.
13. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.
14. Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.
15..Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər.
16. Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb #PoladHəşimovun qisasın alan əsgər.
17. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən şəkili əmi.
18. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana.
19. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.
20. Döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçıləri ilə dalaşan oğullar.
21.Şuşa ugrunda döyüşdə ayagından aldıgı güllə yarasını əsgərləri ruhdan düşməsin deyə, Şuşa azad olunanacan əsgərlərindən gizləyən, komandir Fərəc Kərimli
22.Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.
23.Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.
24.Agcabədidən Murova mənə zəng vurub, İlqar əmi, bir 011 maşınım var , bu dəyqə 1500 manat verirlər, orada kiməsə hörmət etmək lazımdırsa, satım pulu gətirim, kimə vermək lazımdırsa ver, noolar mənim də döyüşə qatılmagıma kömək elə, vallah üzünü qara çıxarmaram, döyşdə olmadıgım üçün özümü arvad kimi hiss edirəm deyən,24 yaşlı Laçınlı oglan.
25.Komandiri oldugu ordu ilə döyüşün qaynar nöqtəsinə yola düşərkən mayor qardaşı Ilqar Atakishiyevə birgə yola saldıgımız ,qardaşına- anama bildirsən haqqımı sənə halal etmərəm deyən, şəhid oglu Kəlbəcərli palkovnik Məzahir Atakişiyev.
26.Çaykəndə kəndlilərin yaratdıgı Arxa cəbhə məntəqəsinə Murovda əsgərə yollamaq üçün gətirdiyi 3 günə topladıgı 30 ədəd yumurtanın az olduguna görə, o gözəl nurlu yanaqları utandıgından pörtən, özü üçün yeməyə bir ədəd belə yumurta saxlamayıb, nəyi varsa əsgərə yollamaq üçün gətirən 70 yaşlı nənə.
27.Şəhid oglunu dəfn edərkən məzarlıqda ikinci oglunun da şəhid xəbərini alan, yeganə təsəllim Qarabagın büstbütün ermənilərdən azad olunması ola bilər deyən , eyni gündə iki ogil şəhid verib , kimsəsiz qalan ana.
28.Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin meyidlırini dağıntı altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun" deyən Gəncəli ANA.
29.Oģuz rayonun Xaçmaz kəndində hər qızının bir oģlunu, 2 ŞƏHID nəvəsini,TƏBRIZ, və ORXANI ,vətən sag olsun deyərək, dəfn edən Nənə və Baba
30. 44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideyinlərinin xəbər tutduqları qəhrəman.
31. Sədərəkdə şəhid gələn ogluna qurban kəsən ata.
32. ……..Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək, qardaş olan ölkələr.
İbrahim Xəlil , İlqar Mahmud.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.