Separatçılar Azərbaycan ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb

20-09-2023, 08:00           
Separatçılar Azərbaycan ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb
Erməni mənbələr anti-terror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır. Lakin separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə real vəziyyət ortaya çıxır:
- Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndindəki qondarma rejim arasında koordinasiya itib;
- Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var;
- Qanunsuz silahlı dəstələr arasında pərakəndəlik yaranıb;
- Xocalı, Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində 16 kəndən ermənilərin çıxarılıb: bu, hər üç istiqamətdə irəliləyən ordumuzun Xankəndiyə doğru yaxınlaşdığı deməkdir;
Rusiya sülhməramlıları prosesə müdaxilə etmir, Paşinyan isə hakimiyyətinin hayındadır. Qərb ölkələrinə ümid edir, onlardan kömək gözləsələr də bəyanatlardan başqa heç nə yoxdur.
Separatçılar Azərbaycan ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb, nə Qarabağdan qaça bilirlər – bunun üçün çıxışları yoxdur, nə də irəliləyə bilirlər.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.