Ermənilər öz amluasında - Mülkü vətəndaşları qabağa verirlər və teror anonsuna keçiblər...

20-09-2023, 12:04           
Ermənilər öz amluasında -
Qarabağdakı qondarma rejim Azərbaycanın təklifini qəbul etməməkdə davam edir.

Teref.az-ın Trend-ə istinadən xəbərinə görə, qondarma rejim bildirir ki, beynəlxalq aktorların reaksiyası adekvat deyil və heç bir əməli addım atılmır.

Separatçıların qondarma "rəhbəri" Samvel Şahramyan qeyd edib ki, bunun əsasında "müvafiq addımlar" atmalı olacaqlar. Artıq döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzunmüddətli fortifikasiya qurğularını tərk edərək, yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq, döyüş mövqelərinə cəlb etməyə çalışırlar.

Halbuki rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırıb və bildirib ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərə çağırış edərək, reinteqrasiya məsələlərini müzakirə etmək üçün onların nümayəndələrini Yevlaxa görüşə dəvət edib.

Görünür, qondarma rejim, separatçılar Azərbaycanın xəbərdarlıqlarını, təkliflərini görməzdən gələrək, terror fəaliyyətlərinə davam etmək niyyətindədirlər. Amma hələ də dərk etmirlər ki, Azərbaycan öz ərazisində heç bir terror fəaliyyətinin, separatçılığın mövcudluğuna imkan verməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.