"Nüvə silahı, uşaqların oğurlanması və sülh düsturu" - Zelenski BMT tribunasından çıxış etdi

20-09-2023, 17:24           
"Nüvə silahı, uşaqların oğurlanması və sülh düsturu" - Zelenski BMT tribunasından çıxış etdi
"Nüvə silahı, uşaqların oğurlanması və sülh düsturu" - Zelenski BMT tribunasından çıxış etdi


"Rusiyanın terrorçu dövlət kimi nüvə silahına malik olmağa haqqı yoxdur və tərksilah edilməlidir..."

"Rusiya ərzaq və energetikadan silah kimi istifadə edir və bütün dünyanı şantaj edir..."

"Ukraynalı uşaqların oğurlanması və onlara Uktaynaya nifrət aşılanması soyqırımdır..."

"Ukraynanın sülh düsturu təkcə Ukrayna barəsində deyil, gələcək potensial təcavüzkarların çəkindirilməsinə yönəlib..."

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edib

Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumar yayıb.

"Ukrayna kəmiyyətinə görə üçüncü olan nüvə arsenalını təhvil verib. O zaman dünya Rusiyanın belə silahın saxlanc yeri olması barədə qərar verib. Lakin sonrakı tarix sübut etdi ki, məhz Rusiya hələ o zaman, 1990-cı illərdə nüvə tərksilahına layiq olub. Rusiya indi də tərksilah edilməyə layiqdir, terrorçuların nüvə silahına malik olmağa haqqı yoxdur", - o, bəyan edib.

Onun fikrincə, nüvə silahı yerlərdə qaldıqca, kütləvi məhvetmə getdikcə vüsət alacaq.

"Rusiya bir çox başqa şeyləri silaha çevirib və bu şeylər təkcə ölkəmizə qarşı deyil, həm də sizin ölkələrinizə qarşı istifadə edilir. Silaha malik olmaq və onu yaymamaq haqqında çoxsaylı sazişlər mövcuddur, lakin ərzaq məhsulları, enerji və digər şeylərin silah kimi istifadə edilməsinə hər hansı gerçək məhdudiyyətlər yoxdur".

BMT Baş Assambleyasında debatlar - Zelenskinin çıxışı

Qara dənizdə müvəqqəti dəhliz

Dövlət başçısı xatırladıb ki, tammiqyaslı təcavüz başlanandan Rusiya Ukraynanın Qara dəniz və Azov dənizi limanlarını bloklayıb.

"Bizim Dunaydakı limanlarımız indiyədək raketlər və PUA-lar üçün hədəf olaraq qalır. Rusiya dünya bazarında ərzaq qıtlığından silah kimi istifadə edərək, hamısı da olmasa da, bəzi qəsb edilən ərazilərin işğalının tanınmasına cəhd edir. Rusiya ərzaq qiymətlərindən silah kimi istifadə edir", - Zelenski vurğulayıb.

Bu zaman prezident əlavə edib ki, Ukrayna Qara dənizdə müvəqqəti ixrac dəhlizinə başlayıb.

"Biz quru marşrutlarının saxlanılması üzərində işləyirik. Bu zaman Avropada bəzilərinin həmrəyliyi pozmasını və taxıldan triller düzəldərək siyasi teatr göstərməsini görmək həyəcan doğurur. Elə görünə bilər ki, onlar öz rolunu oynayır, amma onlar Moskva aktyoru üçün ssenari hazırlamağa kömək edir", - Zelenski qeyd edib.

Uşaqların oğurlanması və Rusiyanın nüvə təhdidləri

Prezident həmçinin deyib ki, dünya dəfələrlə Rusiyanın enerjidən silah kimi istifadə etdiyinin şahidi olub.

"Bugünkü təhlükə daha böyükdür. Rusiya energetikanı silaha çevirir. Baxın, Rusiyanın bizim Zaporojye atom elektrik stansiyasının başına nə iş gətirib? Onu atəşlərə məruz qoyub, işğal edib və indi radiasiyanın sızması kimi digər təhlükə ilə şantaj edir", - Zelenski məlumat verib.

Bundan başqa, dövlət başçısı oğurlanmış ukraynalı uşaqların Ukraynaya nifrət etməyə öyrədilməsini soyqırım adlandırıb.

"Təəsüüf ki, müxtəlif terror qruplaşmaları əvvəllər də uşaqları oğurlayıb, lakin əvvəllər heç vaxt kütləvi oğurluqlar və deportasiyalar dövlət siyasətinin bir hissəsi olmayıb. İndiyədək belə olmayıb. Oğurlanmış ukraynalı uşaqlara Ukraynaya nifrət etmək öyrədilir, onların ailələri ilə bütün əlaqələr kəsilir. Bu, soyqırımdır", - Zelenski vurğulayıb.

Prezident vurğulayıb ki, hər onlilikdə Rusiya yeni müharibəyə başlayır.

"Moldova və Gürcüstanın bir hissəsi işğal altındadır. Rusiya Suriyanı xarabalığa çevirib. Rusiya olmasaydı, kimyəvi silah heç vaxt tətbiq olunmayacaqdı. Rusiya, demək olar ki, Belarusu həzm edib, Qazaxıstanı və Baltikyanı ölkələri təhdid edir", - dövlət başçısı qeyd edib.

Zelenski bəyan edib ki, bu gün heç vaxt olmadığı kimi bəşəriyyət insan həyatlarını xilas etmək üçün tam həmrəylik nümayiş etdirməlidir.

"Nüvə silahı çəkindirildiyi kimi, eyilə təcavüzkar və müharibənin bütün vasitələri və metodlarından çəkindirilməlidir. Hər bir müharibə bu gün sonuncu ola bilər, lakin təcavüzün yenidən baş qaldırmaması üçün bizə birlik gərəkdir", - Ukrayna lideri vurğulayıb.

Ukraynanın sülh düsturu

Zelenski xatırladıb ki, ötən il Ukrayna özünün sülh düsturunu tədqim edib.

"Bu düstur mövcud təhlükəsizlik arxitekturasının yenilənməsi üçün əsas olub. İndi biz BMT Nizamnaməsinin işləməsini bərpa edə və qaydalara əsaslanan dünya düzəninin tam qüvvəsinə zəmanət verə bilərik. Sabah mən BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında detaları təqdim edəcəyəm", - Zelenski qeyd edib.

O, əlavə edib ki, bu düstur yalnız Ukrayna barəsində deyil.

"140-dan artıq dövlət və beynəlxalq təşkilatlar ona tam və ya qismən dəstək verib. Bu düstur elə qərarlar və addlmları nəzərdə tutur ki, Rusiyanın Ukraynaya və digər ölkələrə qarşı istifadə etdiyi və digər təcavüzkarlar tərəfindən istidadə edilə biləcək silaha çevrilən bütün formaları dayandıracaq", - Zelenski deyib.

Onun sözlərinə görə, sülh düsturunun implementasiyası üzrə Xirosimada, Kopenhagendə və Ciddədə mühüm danışıqlar və məsləhətləşmələr keçirilib.

"Biz Qlobal sülh sammitinə hazırlaşırıq. Mən sizi, heç bir təcavüzə dözməyən hər kəsi sammitin birgə hazırlığına dəvət edirəm", - prezident bəyan edib.

Zelenski deyib ki, pərdə arxasında hansısa kölgə sazişlərinin imzalanması cəhdlərindən xəbərdardır.

"Şərə inanmaq olmaz. Priqojindən soruşun, Putinin vədlərinə etibar etmək olarmı? Lütfən, məni dinləyin. Qoy birlik hər şeyi açıq şəkildə həll etsin", - Zelenski qeyd edib.

O, əmin edib ki, Rusiyanın təcavüzündən sonra dünyada heç kimin heç bir ölkəyə hücum etməyə cəsarəti çatmaması üçün Ukrayna hər şeyi edir.

"Silaha çevrilmə dayandırılmalıdır. Hərbi cinayətkarlar cəzalandırılmalıdır. Deportasiya edilənlər evlərinə qayıtmalıdır. İşğalçı isə öz ərazisinə dönməlidir", - Zelenski qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.