Qarabağda proseslər necə inkişaf edəcək: ermənilər reinteqrasiyası prosesi və… - DETALLAR

20-09-2023, 18:40           
Qarabağda proseslər necə inkişaf edəcək: ermənilər reinteqrasiyası prosesi və… - DETALLAR
Azərbaycanın sentyabrın 19-da Qarabağdakı terrorçulara qarşı həyata keçirdiyi antiterror əməliyyatı 24 saat ərzində öz nəticəsini verdi və qarşı tərəf Bakının şərtlərini qəbul edib, “ağ bayraq” qaldırmalı oldu.

İlk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun hazırladığı antiterror əməliyyatı çox yüksək peşəkarlıqla həyata keçirildi və qarşıya qoyulan məqsədləri ən qısa zamanda dəqiqliklə icra etdi.

Əməliyyat çox mürəkkəb coğrafi ərazi ilə yanaşı, mülki əhalinin yaşadığı ərazilərdə ən müasir hərbi silahlar və texnologiyalardan istifadə edilməklə dinc insanların itkisinə yol vermədən uğurla həyata keçirilirdi. Hərbi obyektlər, mövqelər, nöqtələr çox yüksək dəqiqliklə hədəf alınaraq məhv edildi.

Nəticədə Azərbaycan ordusu 24 saat ərzində 90-dan artıq strateji əhəmiyyətli mövqeni ələ keçirə bildi. Bununla da Azərbaycan ordusu növbəti dəfə müasir hərb tarixinə öz adını bu möhtəşəm qələbəsi ilə qızıl hərflərlə yazmış oldu. Azərbaycan ordusunun bu əməliyyatı beynəlxalq praktikada öyrəniləcək və istifadə ediləcək.

Bundan sonra proseslər necə inkişaf edəcək?

Məsələnin nizamlanmasnın Yol xəritəsi sabah Yevlaxda keçiriləcək görüşdə müzakirə olunacaq.

İlkin olaraq rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə Ermənistana məxsus hərbi bilrəşmələr və hərbi heyətinin ərazidən çıxarılması və bununla paralel olaraq Xankəndidəki xunta rejiminə məxsus terrorçuların tərksilah edilməsi, ağır texnika, silahların tezliklə məhv edilməsi ilə bağlı qrafik müəyyənləşəcək. Qrafikdə dəqiq vaxt müəyyənləşəcək və həmin vaxtadək bu məsələlər həll olunacaq.

İkincisi, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, hüquq və təhlükəsizlyinin təmin edilməsi, Azərbaycan cəmiyyətinə adaptasiya olunub qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətindəki addımların atılması və vətəndaşlıqla bağlı prosedur qaydaların müəyyən edilməsi müzakirə olunacaq. Bu istiqamətində erməni icması ilə Azərbaycan icması arasında müxtəlif səviyyələrdə görüşlər təşkil oluna bilər və bu mütləq olacaq.

Üçüncüsü, Qarabağda yaşayacaq insanların tələbatının Azərbaycanın tərəfindən ödənilməsi məqsədi ilə Ağdam-Xankəndi yolunun təhlükəsiz və maneəsiz hərəkətinə nail olmaq;

Dördüncüsü, Xankəndinin elektrik, qaz, rabitə və digər kommunikasiyalarla təmini;

Beşincisi, Xankəndidə Azərbaycanın tam suveren hüquqlarının təmin edilməsi, yenidən hakimiyyətin formalaşdırlması, İrəvandan həm maliyyələşmənin, həm digər bütün sahələrdə əlaqələrin dayandırılması məsələsi müzakirə edilib bunun qrafiki müəyyən ediləcək.

Altıncısı, Ermənistanla əlaqələr, sadəcə, beynəlxalq hüquq normalarına və Azərbaycan qanunverciliyinə uyğun şəkildə təşkil olunacaq.

Yeddincisi, azərbaycanlıların Qarabağdakı öz ata yurdalarına dönüşü və birgəyaşayışın təşkili;

Səkkizincisi, yerli icra və özünüidarəetmə hakimiyyət orqanlarının yaradılması, ermənilərin və azərbaycanlıların yerli hakimiyyətlərdə təmsilçiliyi və sair məsələlər müzakirə ediləcək.

Doqquzuncu, hətta erməni icmasının parlamentdə təmsilçilik məsələsi haqda da danışıqlar baş tuta bilər.

Düzdür, bəzi maraqlı güclər yenə də ermənilərə təsir edib prosesi uzatmağa cəhd edəcək, amma bütün bu cəhdlər nəticəsiz bitəcək. Hesab edirəm ki, qarşıdakı 2 il müddətində bu məsələlər tam şəkildə öz həllini tapa biləcək.

Mürtəza
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.