Natiq Cəfərli DOJD TV-də erməni ittihamlarına cavab verdi - VİDEO

21-09-2023, 09:04           
Natiq Cəfərli DOJD TV-də erməni ittihamlarına cavab verdi - VİDEO
Azərbaycan beynəlxalq hüquq və Konstitusiyamız çərçivəsində davrananda, ərazi bütövlüyümüzün təminatı üçün tam legitim addımlar atanda daim məmləkət maraqları qorumaq, haqlı tezislərimizi dünyaya çatdırmaq üçün çalışmışıq. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi ərazi bütövlüyümüzün qorunması üçün atdığı addımları 2020-ci ildə 44 günlük hərbi qələbəmiz zamanı da, sonra da dəstəkləmişik, çünki məmləkət məsələlərində müxaliflik olmur, ola da bilməz. İqtisadi-sosial məsələrdə hökumətin səhvlərini bu günə qədər demişik, deyəcəyik ki, bu məsələri onlardan daha yaxşı həll etməyə qadirik, amma məhz ərazi bütövlüyü, suverenlik, müstəqillik, qardaş Türkiyə ilə strateji müttəfiqlik məsələlərində Dövlətin atdığı addımları, elan edilən hədəfləri dəstəkləmişik.
Dünən gecə saatlarında ermənipərəst mövqeyi ilə seçilən, rus “liberallarının” kanalı olan DOJD TV-də aparıcını yıxıb-sürüyərək Dövlətimizin haqlı mövqeyini müdafiə edən vaxt AZTV və bəzi hökumət mediası siyasəti bilməyənlərdən gələn tezislərlə REAL Partiyasına qarşı qarayaxma kampaniyası aparırmış, bizi də 30 il özlərinə müxalif təyin edib konfortlu siyasi müstəvi yaratdıqları uğursuzlar dəstəsinə qatmağa çalışıbmış – ayıbdır, belə olmaz. İndiki dövrdə yalan ayaq tutar, amma yeriməz, Ordumuzun, Əsgərimizin ilk addımları ilə dünən REAL Partiyası antiterror əməliyyatını tam dəstək verən bəyanat qəbul edib və yayıb.
Bu da dünənki çxışımın videosu, hə, onu da deyim ki, yenə kimsə, “ermənipərəst kanala niyə çıxmısan”, desə, bir daha siyasi savadsızlığını nümayiş etdirmiş olacaq – məhz elə ermənilərin doluşduğu müstəvilərdə danışmaq lazımdır!
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.