“Sosial iqtisadi inkişafa dair 5 milli prioritet müəyyən olunub”

21-09-2023, 13:24           
“Sosial iqtisadi inkişafa dair 5 milli prioritet müəyyən olunub”
“Sosial iqtisadi inkişafa dair 5 milli prioritet müəyyən olunub. Bunlar ölkəmizin gələcək inkişaf istiqamətlərini təşkil edir. Prezidentin sərəncamı ilə 2022-26 illər Azərbaycanın sosial iqtisadi inkişaf starategiyası qəbul edilib. Strategiyada İqtisadiyyat Nazirliyinə yeni nəsil iqtisadiyyat stategiyasının hazırlanması tapşırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

O qeyd edib ki, iqtisadiyyat stategiyasının hazırlanması ilə bağlı komissiya yaradılıb və layihə hazırlanaraq aidiyyəti üzrə təqdim olunub:

“Əsas prioritet kibertəhlükəsizliklə bağlıdır. Hazırda Şərqi Zəngəzurda, Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir. Məqsəd işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu baxımdan rəqəmsallaşma tədbirləri də ön plana çıxır. Rəqəmsal iqtisadiyyatın tətbiqi üçün kibertəhlükəsizliyin təminatı çox vacindir. “Big data”, süni intellekt, əşyaların interneti sahəsi, rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər istiqamətlər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zərusi sahələrdir. Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruri məsələlərdəndir. Ölkəmizin kibertəhlükəsizlik sahəsində qarşıda qoyulan məqsədlərə nail olması üçün lazımi normativ hüquqi baza hazırlanıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.