BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur.

22-09-2023, 09:04           
BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur.
BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmələr keçiriləcək. Nə baş verə bilər? Aydındır ki, bu təşəbbüs yenə BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransadan gəlib. Azərbaycanın anti-terror əməliyyatının uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın anti-Azərbaycan planlarını pozub. Çünki Fransa nümayəndəsinin Nyu-Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavab veriləcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda çıxış edəcək və deyəcək ki, artıq ermənilərlə razılaşma əldə edilib, tərksilah və Azərbaycan dövlətinin Qarabağ ermənilərinin sosial problemlərinin həllinə başlanılıb. Azərbaycana dəstək və neytral çıxışlar da olacaq. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru