ABŞ-nin BMT-dəki nümayəndəsi: “Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq”

22-09-2023, 08:00           
ABŞ-nin BMT-dəki nümayəndəsi: “Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq”
ABŞ Qarabağda baş verənlərdən narahatdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.

Bu barədə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.
“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edib. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu çox önəmli hadisə idi”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu böhranın yeganə yolu zorakılığa son qoymaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru