Türkiyənin XİN başçısının müavini BMT-də: “Qarabağ Azərbaycan ərazisidir”

22-09-2023, 08:19           
Türkiyənin XİN başçısının müavini BMT-də: “Qarabağ Azərbaycan ərazisidir”
“Türkiyə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərlə Azərbaycan nümayəndə heyətinin görüşünü alqışlayır”.

APA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.

“Prezidentimizin hər zaman çıxışlarında dediyi kimi Ermənistan öz vədlərini yerinə yetirməli, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Burada olan hər kəsin bildiyi kimi Qarabağ Azərbaycan ərazisidir”, - deyə o bildirib.
Burak Akçapar bildirib ki, son üç ildə Ermənistan tərəfi Üçtərəfli Bəyanatın icrasına əməl etməyib. Eyni zamanda Xankəndidə olan qeyri-qanuni nümayəndələr öz təcrübələrini tətbiq ediblər.

“Həmçinin bu müddət ərzində Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirib. Ancaq bu müddət ərzində Azərbaycan davamlı şəkildə dialoqlara təşəbbüs göstərib. Ermənistan davamlı şəkildə substantiv olmayan yalan məlumatlar yayırdı. Bu şəkildə sülh və sabitliyə zərbə vurub. Üç il bütün bunlardan əziyyət çəkən Azərbaycanın antiterror tədbirlərinə başlamaqdan başqa çıxış yolu yox idi. Bu, Azərbaycanın suveren hüququdur”, - deyə Türkiyənin xarici işlər nazirinin müavini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.