Reinteqrasiyanın ilkin şərti - "Tort yoxdursa, yanacaq da yoxdur" olmalıdır

22-09-2023, 10:47           
Reinteqrasiyanın ilkin şərti -
Bilmirəm, Yevlaxda Qarabağ ermənilərinin nümayəndə heyəti ilə görüşən rəsmilərimizin “yolunu azmış vətəndaşlarımız”a təqdim etdikləri reinteqrasiya şərtləri arasında Xankəndiyə girəcək əsgərlərimizin erməni xanımlarının tortla qarşılaması tələbi varmı? Yoxdursa, gələcək görüşlərdə bu tələbi də şərtlər siyahısına salmaq lazımdır. Necə olur ki, bizim gələcək vətəndaşlarımız işğalçı rus “sülhməramlılarını” tortla qarşılaya bilirlər, canını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda fəda etməyə hazır olan Azərbaycan əsgərinə bu iltifat çox görülür?
Prezident İlham Əliyev xalqa müraciətində deyirdi ki, Yevlax görüşündə erməniəsilli vətəndaşlarımızın hüquqları ilə yanaşı, öhdəlikləri də müzakirə ediləcək. Əsas öhdəlik əsgərlərimizin tortla, gül-çiçəklə qarşılanması olmalıdır. Əks təqdirdə, yolunu azmış vətəndaşlarımız 30 illik günahlarının kəfarəsini ödəməmiş qalarlar ki, bu da nəticə etibarilə reinteqrasiya prosesinin effektivliyinə kölgə sala bilər.
Unatmadan hələ bizdən ilk görüşdə yanacaq və ərzaq istəyirlər. O adamlara başa salmaq lazımdır ki, tort yoxdursa, yanacaq da olmayacaq.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru