İki antoqonist rejimləri bir araya gətirən Azərbaycan...

23-09-2023, 09:03           
İki antoqonist rejimləri bir araya gətirən Azərbaycan...
Müxtəlif məsələlərdə bir-birləriylə yola getmirlər, bir-birlərinin ünvanına sərt tənqidlər səsləndirirlər, ancaq söhbət Azərbaycanın erməni separatizminə qarşı mübarizəsinə gəldikdə, nə hikmətdirsə bir-birlərini ittiham edənlər bizə qarşı birləşirlər.
Erməni saytlarında İranın və Fransanın İrəvandakı səfirlərinin görüşdüyünə dair xəbər yayılıb. Görüş İran səfirliyində olub. Xəbərdə deyilir ki, iki səfir Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.
Aydındır ki, “bölgədəki vəziyyət” dedikdə Azərbaycanın Qarabağdakı anti-terror əməliyyatı nəzərdə tutulub. Bu iki ölkənin səfiri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini müzakirə etmək üçün heç zaman bir araya gəlməzlər.
Çünki Fransa Ukraynanı, İran Rusiyanı dəstəkləyir. Cənubi Qafqazda isə Fransa və İran Ermənistanı dəstəkləyirlər.
Ona görə Ermənistana dəstək məsələsində bir araya gələ bilirlər. İran və Fransa Azərbaycanın bölgədə artan rolundan narahatdırlar.
Çünki hər ikisi anlayır ki, Qarabağda separatizmə son qoyan Azərbaycan hər zaman bunların dəstəklədiyi Ermənistandan öndə olacaq. Fransa və İran bunun tam tərsini istəyir. Ancaq reallıq fərqlidir və bu reallığı Paris və Tehran dəyişə bilməyəcəklər.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.