"no war" deyənləri həbs etmək yox, onları konkret faktlarla darmadağın etmək lazımdır.

23-09-2023, 09:14           
"no war" deyənləri həbs etmək yox, onları konkret faktlarla darmadağın etmək lazımdır.
Azərbaycanda "no war", yəni müharibə əleyhdarları kimi tanınan Emin Şaiq Ibrahimov, Amrah Təhmazov, Javid Əhmadov, Nurlan Qahramanli, Afiəddin Məmmədov, Mövsüm Məmmədov son günlərdə həbs olunub. Qərbə bağlı "eurasianet.org" saytı yazır ki, Azərbaycan onun Qarabağa hücumunu tənqid edənləri həbs edir. Dağlıq Qarabağa son hücumu açıq şəkildə tənqid edənlərin ovlanması hətta atəşkəs razılaşdırıldıqdan sonra da davam edir...
Mən "no war" deyənlərin həbsinə etiraz edirəm. Ancaq onların fikirlərini də bölüşmürəm. Əksinə hesab edirəm ki, Qərbin himayəsində olan bu insanlar Azərbaycan üçün təhlükəlidir. Təhlükəni isə aradan qaldırmaq lazımdır. Bunun üçün isə müxtəlif yollar var...
Həm də bu insanların çağırışları o qədər də ciddi rezonans doğurmur. Belələrini sosial şəbəkələrdə daha çox söyürlər, ən yaxşı halda isə onları qınayırlar...
Məncə, "no war" deyənləri həbs etmək yox, onları konkret faktlarla darmadağın etmək lazımdır. İdeoloji müharibəni başla aparsaq daha yaxşı olmazmı? Belə radikal addımlara ehtiyac varmı?
Mən özüm də müharibə əleyhdarıyam. Ancaq düşmən gəlib sənin evinin içində at oynadırsa, səni hər addımda aşağılıyırsa, sən buna adekvat cavab verməlisən. Özü də mütləq. Yadınızdadırsa, ermənilər bizi açıq şəkildə hədələyirdilər ki, Qarabağı unudun, yoxsa gəlib Bakını da tutacağıq, sizləri də Xəzər dənizinə tökəcəyik...
Bəs yaxşı bu ermənilər arasında "no war" deyənlər niyə yoxdur? Heç görmədim ki, hansısa erməni çıxıb desin ki, erməni xalqı Xocalıda Azərbaycan xalqına qarşı genosid törədib. Mən heç görmədim ki, hansısa eməni 44 günlük müharibədən öncə desin ki, gəlin işğal etdiyimiz Azərbaycan torpaqların geri qaytaraq. Onlar bizim qonşumuzdur...
Əslində Azərbaycanda əhalinin böyük əksəriyyəti müharibənin əleyhinədir. Ancaq nə etmək olar ki, erməni bizə başqa seçim qoymadı...
Ermənilərin daşnak zehniyyəti olmasaydı indi Qafqaz dünyanın cənnət məkanlarından biri idi. İnkişaf və rifah içində yaşayırdıq. Mərdimazarlar imkan vermədilər. 100 milyardlarla dollar dağıntıya, fəlakətə, kütləvi insan qətillərinə, silahlanmaya... xərcləndi. Halbuki hər şey başqa cür də ola bilərdi...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.