Bu tip "pərəstliyin" konkret qiyməti, dəyəri, ödəniş çeki, hədiyyəsi olur.
23-09-2023, 09:34
Sözün AzTv dediyi kimi yox, əsl mənasında ermənipərəst senator, Senatın beynəlxalq əlaqələr komitəsinin rəhbəri Bob Menendes son həftələr tumanını başına çəkib Azərbaycana qarşı sanksiyalar tələb edirdi, "Arsax" deyib sinə döyürdü - bu gün ona və həyat yoldaşına qarşı korrupsiya əməllərinə görə cinayət işi açılıb. Məlum olub ki, müxtəlif ölkələr və icmalar lehinə qeyri-qanuni lobbiçilik etmək üçün 3 iş adamından yüzmilyonlarla dollar rüşvət, zinət əşyaları və bahalı avtomobillər alıb. Bu hələ ilkin məlumatdır - siz də deyirsiz Qərbdə "flankəs ermənilərə tərəfdir" , bu tip "pərəstliyin" konkret qiyməti, dəyəri, ödəniş çeki, hədiyyəsi olur. Ən acınacaqlısı budur ki, bizdə siyasətin S-dan xəbəri olmayan bəziləri ona istinad edərək, "rejimə qarşı sanksiya olacaq", deyə sevinirdilər. Natig Cəfərli Teref.az