Tarif Şurası dərmanları UCUZLAŞDIRDI– Bəs, qərar apteklərə niyə GƏLMƏYİB?

23-09-2023, 09:54           
Tarif Şurası dərmanları UCUZLAŞDIRDI– Bəs, qərar apteklərə niyə GƏLMƏYİB?
Bu günlərdə Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edildi. Həmçinin əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan veriləcəyi açıqlandı.

Qeyd edək ki, bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Tariflərin isə sentyabrın 15-dən qüvvəyə mindiyi elan olundu.

Maraqlıdır, bir həftə əvvəl təsdiqlənən qərara əməl olunurmu? Konkret hansı dərmanların qiymətində ucuzlaşma var?

Məsələ ilə Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev qeyd edib ki, Tarif Şurasının sözügedən qərarı insanların maddi imkanına və vəziyyətinə müsbət təsir göstərə bilər:

“İnanırıq ki, Tarif Şurası qiymətləri aşağı salacaq. Amma praktik olaraq həmin qərar apteklərə gəlməyib. Apteklərə gəlmədiyi hələki hansı dərmanlardan söhbət getdiyini bilmirik və gözləyirik”, - deyə Aydın Əliyev əlavə edib.

Xatırladaq ki, dövlət başçısının müvafiq fərmanı ilə "Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.