Demoqrafiya önəmlidir, insan resursu vacibdir, iqtisadi faktordur

23-09-2023, 14:04           
Demoqrafiya önəmlidir, insan resursu vacibdir, iqtisadi faktordur
Dünyada ən vacib parametrlərdən biri demoqrafik trendlərdir, bu məsələ ölkələrin gələcəyinə, inkişafına, iqtisadiyyatına ciddi təsir edən amildir. İndi dünyada “ultra-psevdo-liberal”, əslində isə “kommunist” ideologiya daşıyıcıları insan sayının çox olmasından gileylənərək azalması üçün əllərindən gələni edirlər və bunu, güya, planeti xilası üçün etdiklərini açıq deməsələr də, açıq edirlər.
Amma demoqrafiya önəmlidir, insan resursu vacibdir, iqtisadi faktordur.
Məni Cənubi Qafqaz maraqlandırır, çünki, bu bölgədə rifah, sülh, inkişaf ayrı-ayrılıqda mümkün olmayacaq, ancaq 3 ölkənin birgə addımları ilə bu hədəflərə nail olmaq olaq. Ağılla, biliklə, elmlə yanaşmaq lazımdır ki, bizdə, cəmiyyətin bir qismində olan qonşu ölkə torpaqlarına aqressiv yanaşmaları marginallaşdırıb yox edək, və ya, bunun paradiqmasını dəyişək.
1993-cü ildə Ermənistan əhalisi 3 mln. 457 min, Gürcüstan əhalisi 4 mln. 911 min, Azərbaycanın əhalisi isə 7 mln. 495 min nəfər idi.
30 ildən sonra, yəni indi Ermənistanda 2 mln. 976 min, Gürcüstanda 3 mln. 802 min, Azərbaycanda isə 10 mln. 143 min əhali qeydiyyatdadır (hər 3 ölkədə kənarda yaşayanlar, amma ölkədə qeydiyyatda olanlar var deyə ancaq rəsmi rəqəmləri götürmüşəm). Növbəti 30 ildən sonra, yəni, 2050-ci ildə Ermənistan əhalisinin 2,5 mln-a yaxın, Gürcüstan əhalisinin 3,4 mln.-a yaxın, Azərbaycan əhalisinin isə 11 mln.-dan bir az çox olması gözlənilir.
Son 30 və gələcək 30 ilin trendlərinə baxanda bölgəmizdə demoqrafik artım göstərən ölkə Azərbaycandır. 2050 ci ildə Cənubi Qafqaz ölkələrinin əhalisi 17 mln. nəfərə yaxın olacaq ki, bunun da 11 mln.-nu Azərbaycan vətəndaşları təşkil edəcək. Yəni, bölgəmizdə 65-70% Azərbaycan vətəndaşları yaşayacaqlar. Deməli, rifah işində yaşayan və ədalətli Respublika qura bilsək iqtisadi və demoqrafiq güclə, investisiyalarla, iqtisadi ekspansiya ilə bölgəmizin hər yerində olacağıq. Sözün qısası, Zəngəzura tankla-topla getmək istəyənlər populist və ziyankardılar, o bölgələrə rifahla, iqtisadi güclə, demoqrafiya ilə getmək şansımız yaranıb – təki, işlək, ədalətli, rifaha xidmət edən sistem qura bilək. Vəssalam...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.