Türkiyənin Azərbaycana tam dəstəyi və Rusiyanın kənara çəkilməsi işi bitirdi - Tomas de Vaal

24-09-2023, 00:09           
Türkiyənin Azərbaycana tam dəstəyi və Rusiyanın kənara çəkilməsi işi bitirdi - Tomas de Vaal
Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Britaniyalı jurnalist Tomas de Vaal deyir ki, sentyabrın 19-da Azərbaycanın antiterror əməliyyatına başlaması Qərb üçün son dərəcə gözlənilməz oldu. Çünki ABŞ da, Avropa Birliyi də Əliyevə mesaj göndərmişdi ki, gücdən istifadə yolverilməzdir. Sonra məlum oldu ki, Rusiya sülhməramlıları prosesə müdaxilə etmir...
Gördüyünüz kimi, İlham Əliyev Rusiya ilə anlaşandan sonra Qərbə məhəl qoymadan antiterror əməliyyatına başlayıb. İlham Əliyev Qərbin dediyi ilə oturub-dursa idi ermənilər hələ də Qarabağda at oynadırdı...
Hə, Tomas de Vaal onu də vurğulayır ki, Türkiyənin Azərbaycana tam dəstəyi və Rusiyanın kənara çəkilməsi işi bitirdi. Əslində isə iş Laçın dəhlizində buraxılış-keçir məntəqəsi qurulanda başa çatmışdı...
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru