Xankəndi ilə bağlı kritik qərar: - Azərbaycan bayrağı..

26-09-2023, 12:29           
Xankəndi ilə bağlı kritik qərar: -
Yaxın bir neçə gündə Xankəndidəki qondarma rejimin buraxılması elan ediləcək.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, ictimaiyyətə açıqlanmasa da, Samvel Şahramanyan Azərbaycanın aidiyyəti qurumları ilə təmasadadır:

“Son görüşlər və danışıqlar nəticəsində azərbaycanlıların Xankəndiyə daxil olması ləngiyir. Sentyabrın 21-də Yevlaxda keçirilən dialoqda azərbaycanlılar növbəti dəfə prioritet tələblərindən birində təkid etdilər ki, qondarma qurumun ləğvi elan olunmalıdır, bütün “dövlət binaları”nda Azərbaycan bayrağı asılmalıdır, Xankəndidəki “qurumlar” inteqrasiyaya başlamalıdır”.

“Hraparak” yazır ki, Şahramanyan məsələ ilə əlaqədar Azərbaycan rəsmiləri ilə görüşüb:

“Şahramanyan şəhərdəki həssas durumu nəzərə alaraq, bayraqların asılması və Xankəndiyə girişin gecikdirilməsini xahiş edib”.

Erməni nəşri qondarma qurumun yaxın bir neçə gündə elan ediləcəyini, Xankəndidə Azərbaycan bayraqlarının asılacağını, şəhərdəki “institutlar”ın inteqrasiyaya başlayacağını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru