Heç bir zaman sağalmayacaq yaralarımız...Əsl soyqırım faktı: Qaradağlı qətliamı VİDEO

1-10-2023, 12:48           
Heç bir zaman sağalmayacaq yaralarımız...Əsl soyqırım faktı:
Qaradağlı qətliamı - Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu.
Girov götürülən 118 nəfərdən 101-i vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi..
Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduqdan sonra yandırıldı, mülki əhali qırğına məruz qaldı.
Bu kadrlar o vaxt ermənilərin özü tərəfindən çəkilmiş, böyük qəhrəmanlıq nümunəsi kimi yayılmışdı.
İndi həmin ermənilər bizim yolları sulayaraq təmizləməyimizi belə etnik təmizlik kimi təqdim edirlər.
Heydər Oğuz
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru