HƏMAS-ın İsrailə hücumu və müvəqqəti nəticələr
9-10-2023, 00:10
“Qəzza ilə nə etməli?” sualının cavabını nəzərə alsaq, bunun necə bitəcəyi bəlli deyil
İsraillə Qəzza arasında daha bir gərginlik yaşanır. Və biz artıq bəzi ara nəticələr çıxara bilərik. İsrail açıq şəkildə buna hazır deyildi. Bu, hərbi əməliyyatlar başa çatdıqdan sonra daxili siyasi vəziyyətdə özünü göstərəcək. Ola bilsin ki, bu, 2021-ci ildə olduğu kimi, hətta hökumətin istefasına da səbəb olacaq.
HƏMAS yaraqlıları raket hücumları, partlayıcı maddələr olan pilotsuz təyyarələr, kiçik mobil DRG-lər və deltplanlardan istifadə etməklə birləşmiş hücum həyata keçiriblər.
Hələlik Qəzza ilə İsrail arasında müharibə həmişə olduğu kimi davam edir. Apokaliptik regional miqyaslı bir növ müharibədən danışmaq mümkün deyil. İordan çayının qərb sahilində qiyamın olub-olmayacağı hələ bəlli deyil. Nə Hizbullah müharibəyə qatıldı, nə də Suriyadakı İran qrupları. Buna diqqət etmək lazımdır.
Gərginlik HƏMAS yaraqlılarının İsrail və Səudiyyə Ərəbistanı arasında siyasi razılaşmanın bağlanmasını pozmaq istəyi ilə bağlı ola bilər. Ərəb ölkələri indi reaksiya vermək məcburiyyətində qalacaq və əhalisinin fələstinlilərə rəğbət bəsləməsi səbəbindən İsraili açıq şəkildə dəstəkləyə bilməyəcək.
İsrailin Baş naziri Netanyahu simasını tamamilə itirməmək üçün də Qəzzaya daxil olmaqla reaksiya verməyə məcbur idi. Ola bilsin ki, o, Qəzzada quru hərbi əməliyyatına gedəcək, bu, çətin, bahalı və qanlı olacaq.
“Qəzza ilə nə etməli?” sualının cavabını nəzərə alsaq, bunun necə bitəcəyi də bəlli deyil. Uzun illər heç kim bunu proqnozlaşdıra bilməyib.
Müəllif: İlya Kusa - Ukrayna Gələcək İnstitutunun analitik mərkəzinin Yaxın Şərq məsələləri üzrə eksperti.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.