Samir Adigözəlli QHT Agentliyini sərt tənqid etdi: "Belə vəziyyət həqiqətən də varsa da, burada QHT Agentliyi günahkardır."

9-10-2023, 11:08           
Samir Adigözəlli QHT Agentliyini sərt tənqid etdi: "Belə vəziyyət həqiqətən də varsa da, burada QHT Agentliyi günahkardır."
Hörmətli dostlar,
Neçə gündür istəyirdim ki, bir məsələ ilə bağlı yazım, nəhayət bu gün imkan yarandı.
Mən həqiqətən QHT-lərin, ümumilikdə QHT sektorunun maraqlarını hər yerdə qorumağa çalışıram. Hətta nöqsanlarımız olsa da hər hansı dövlət qurumunun QHT-lərin üzərinə yeriməsinə imkan vermərəm.
Oktyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir konfrans keçirir, orada əksəriyyəti qadın QHT-lərinin sədrləri olmaqla QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva iştirak edir. Tədbirdə qurumun hüquq təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək qeyd edir ki, “Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal, fəaliyyətləri də o dərəcədə keyfiyyətli deyil”. Həmin çıxışın linkini və “skrin” versiyasını da diqqətinizə təqdim edirəm (https://oxu.az/society/785095).
Doğrusu Komitənin mövqeyi ilə bağlı fikrim yoxdur, ola bilər ki, onlar apardıqları müşahidələrin və əməkdaşlıq zamanı yaranmış məsələlərin nəticəsində bu qənaətə gəliblər.
Ölkədə bu qədər fəal qadın hüquqları QHT-ləri olduğu halda niyə belə fikir formalaşdırılıb?
Təkcə Novella Cəfərovanın rəhbərlik etdiyi Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti nümunədir.
İradım QHT Agentliyinin icraçı direktorunadır.
İştirak etdiyiniz tədbirdə sizin məsul olduğunuz QHT sektorunun bir seqmenti fəaliyyətsizlikdə, məlumatsızlıqda tənqid olunur və siz buna susursunuz.
Belə vəziyyət həqiqətən də varsa da, burada QHT Agentliyi günahkardır. Əhəmiyyətsiz və heç kimə lazım olmayan tədbirlərdənsə, ayrı-ayrı QHT seqmentləri ilə işləmək, onları inkişaf etdirmək lazımdır.
Yenə də yuxarılara deyəcəklər ki, mən qərəzliyəm.
Nə qədər desəniz də, fakt ortadadır.
Yəqin ki, digər aidiyyəti qurumlarla da oxşar tədbirlər olarsa, onlar da eyni sözü deyəcəklər, amma kimlərsə öz imicini qorumaq üçün QHT-lərin ayaqlanmasına göz yumacaqlar.
https://oxu.az/society/785095...
Samir Adigözəlli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.