ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya İsraillə bağlı birgə bəyanat yayıb - İsrailin müttəfiqləri və ortaq dostları olaraq...

10-10-2023, 08:55           
ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya İsraillə bağlı birgə bəyanat yayıb - İsrailin müttəfiqləri və ortaq dostları olaraq...
Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər.
TEREF.AZ bildirir ki, bu barədə “Report” Ağ Evə istinadən məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər.

Onlar İsrailin özünü və xalqını bu cür vəhşiliklərdən qorumaq səylərini dəstəkləyəcəklərini qeyd ediblər:

“Son günlər dünya HƏMAS terrorçularının evlərində ailələri qətlə yetirmələrini, musiqi festivalından zövq alan 200-dən çox gənci qətlə yetirmələrini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri qaçırmalarını dəhşət içində seyr etdi. Yaxın günlərdə İsrailin özünü müdafiə etmək qabiliyyətinə malik olmasını təmin etmək üçün İsrailin müttəfiqləri və ortaq dostları olaraq birləşmiş və koordinasiya şəklində hərəkət edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.