Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? - İLGİNC FAKTLAR

13-10-2023, 18:25           
Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? - İLGİNC FAKTLAR
70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərində satın aldığı ev üçün hər il 28 min dollardan çox əmlak vergisi ödəməlidir.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Məşhur Məmmədovun satın aldığı ev Nyu-Yorkun ikinci ən böyük parkı hesab olunan “Hudson River Park”a yaxın ərazidə yerləşir. Deputatın villası Hudson çayından təxminən 1 km nəsafədədir.



Millət vəkili “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşən villanı 2017-ci ilin yanvar ayının 27-də də “335 Riverdale Dr LLC” şirkətindən 1 milyon 140 min dollara satın alıb. Villa 2009-cu ildə inşa olunub. Ümumi sahəsi 3 844 kv. fut (357 kv. metr) olan villa 3 mərtəbəlidir.
ABŞ və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Zillow Group”un məlumatlarında göstərilir ki, “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşən villanın hazırkı bazar dəyəri 1 milyon 670 min dollar, aylıq kirayə qiyməti isə 8 450 dollara bərabərdir.

Qeyd edək ki, hazırda həmin villada millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov və 1991-ci il təvəllüdlü qızı Mədinə Şahbazova yaşayır.

Deputatın oğlu Məmməd Şahbazov 2022-ci ilin aprel ayının 20-də ABŞ-da “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. Məmməd Şahbazov uzun illərdir ABŞ-da yaşayır. Deputatın oğlu 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb.
Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru