20 əsrin açılmamış cinayətləri - FBİ müəmmalı "Cooper hadisəsi" ilə bağlı qərar verdi - FOTOLAR

14-07-2016, 22:01           

"Digər məsələlərlə məşğul olacayıq"
Amerika Birləşmiş Ştatlarının Federal Tədqiqatlar Bürosu (FBİ) 45 il öncə sərnişin təyyarəsini qaçıraraq, paraşütlə atlayan D.B.Cooperin dosyesini bağlayıb. FBİ, Cooperi tapa bilmədiklərini etiraf edərək, "digər məsələlərlə məşğul olacayıq" deyə açıqlama yayıb.

"Cooper hadisəsi" belə baş vermişdi

1971-ci ilin 24 dekabr tarixində ABŞ tarixində hələdə üstü açılmayan bir cinayət baş verdi. Soyuq bir çərşənbə günü idi. Portland Beynəlxalq Hava limanındakı "Northwest Orient" Hava Yollarına aid bölməyə gələn 40 yaşlı bir kişi, 20 dollar ödəyərək Seattle-Tacoma Hava limanına gediş üçün 1 bilet aldı. Adı Dan Cooper olan bu adam, saat 4:35-də qalxacaq təyyarənin 18C nömrəli oturacağında oturmalı idi. Təyyarədə 37 sərnişin və 5 heyət üzvü var idi. Təxminən 1.80 boyunda və 80 kq ağırlıqda olan bu kişinin üzərində kostyum, qalstuk, papaq və 1 ədəd çanta var idi.

1971-ci il 24 dekabr saat 4:35-də qalxan təyyarədə ilk həyəcan yaşandı. Dan Cooper telefon nömrələrini yazmaq üçün istifadə edilən bir kağıza nəsə yazaraq stüardessaya verdi. Stüardessa kağızı oxuyarkən şoka düşdü və cəld mesajı pilota bildirdi. Mesajda bunlar yazılmışdı: "Çantamda bomba var. Sizdən 4 paraşüt və 200 min dollar nəğd pul istəyirəm. Pullar 20 dollarlıq olacaq. Hava limanına enərkən istəklərim qarşılanmasa bombanı partladacam"

Mesajı oxuyan pilot "Sea-Tac" hava nəzarət mərkəzinə məlumat verdi. "Sea-Tac" isə Seattle polisinə məlumat verdi. Polis də hadisə ilə bağlı FBI-ı (Federal Təhqiqatlar Bürosu) məlumatlandırdı. Cooperin istəkləri dediyi kimi yerinə gətirildi. Cooper, hazırlanacak pulların seriya nömrələrinin ardıcıl olmamamısını bildirmişdi. Bütün istəklərə əməl edilsə də, FBI bütün seriya nömrələrinin "L" hərfi ilə başlamasına qərar verdi. Bir müddət sonra təyyarə hava limanına endi. Pullar və paraşütlər Cooperə verildi.

Cooper 36 sərnişini və 1 stüardessanı sərbəst buraxdı. Heç bir iz buraxmamaq üçün kağızı stüardessadan geri alan Cooper, pilota haraya və hansı sürətlə uçacağını bildirdi. Cooper "Mexico City"-ə getmək istədiyini söylədi. Lakin pilotlar oraya getmək üçün yanacağa ehtiyacın olmasını və buna görə də Reno-Nevadaya eniş etmək məcburiyyətində qalacaqlarını Cooperə bildirdilər. Cooper bununla razılaşdı. Təyyarə havaya qalxdı. Bir müddət sonra təxminən saat 20:00-da uçuş panelindəki bir işıq, qapının açıldığını xəbər verdi. Pilot və digərləri Cooperin paraşütlə tullanacağını təxmin etdilər. Pilot daxili telefonla “Sənin üçün edə biləcəyim başqa nə var?" deyə soruşdu. Cooperdən isə “Xeyir” cavabı gəldi. Pilotların eşitdikləri son söz bu oldu. 20:24-də təyyarədə kiçik bir sarsıntı oldu. Sarsıntının qapının açılmasından qaynaqlandığını düşünən heyət üzvləri, Cooperin artıq tullandığını təxmin etdilər. Pilot, Cooperin təxminən Lewis çayının yaxınlığında, Portlanddan 40 km şimalda tullandığını qeyd etdi. Təyyarə 22:15-də Renoya endi.

Cooperdən geriyə 1 paraşüt, 8 ədət "Raleigh" marka siqaret və qalstuku qalmışdı. FBI dərhal araşdırmalara başladı. Sərnişinlərə və ya heyət üzvünə aid olmayan 66 barmaq izi tapıldı. Lakin bu heç bir işə yaramadı.

FBI pis hava şəraiti səbəbindən axtarışlara 1 gün sonra başladı. Bir neçə həftə çəkən axtarışlar nəticəsində nə Cooper, nə də paraşütlər tapıldı. Uzun illər axtarışlar davam etdi. Lakin Cooper tapılmadı.

Hadisədən bir neçə ay keçmişdi. 1972-ci ilin aprel ayında FBI-ın (Federal Təhqiqatlar Bürosu) 77 yaşlı xəstə direktoru Edgar Hoover iclas keçirdi. Hoover keçirdiyi son iclasında ölkənin təhlükəsizliyi ilə bağlı məlumatları aldıqdan sonra ""Cooper işi" nə oldu?” sualını verdi. Köməkçiləri bir-birinə baxdılar və heç kimdən səs çıxmadı. Az sonra köməkçilərdən biri cavab verdi: "Araşdırmalarımız davam edir. 200 agent axtarışdadır. Yaxın zamanlarda sizə yaxşı xəbər verəcəyik."
Hoover əsəbi formada dedi: "Bütün ofisləri məlumatlandırın. Agentlərin sayını 4 dəfə artırın. FBI-da bu biabırçılığa razı ola bilmərəm. Tapın bu adamı..."

Bir neçə ay sonra Hoover dünyasını dəyişdi. Cooper isə hələ də tapılmamışdı.

1980-ci ilin 20 fevral tarixində 8 yaşlı Brian Ingram adında bir uşaq, "Vancouver-Washington"-un 8 km şimal-qərbində, Kolumbiya çayının yaxınlarında oyun oynayarkən 3 dəstə halında, 294 ədət 20 dollar tapdı. FBI Cooperin bölgəyə gəldiyini düşündü. Lakin paraşütlərdən birinin 2008-ci ildə Vaşinqtonun cənub-qərbindəki Amboy qəsəbəsində tapılmasından sonra işlər daha da qəlizləşdi. Başqa bir paraşüt isə dağlıq ərazidə torpağa basdırılmış halda tapıldı. Bu cinayətdən uzun illər keçdi. Təxminən 1200 nəfərin araşdırması və axtarış tədbirləri bir fayda vermədi. Cooper bir qəhrəman səviyyəsinə qaldırıldı. 3-ü FBI səlahiyyətlisi olan 6 yazar, onun haqqında kitab yazdı. Bir bəstəkar isə "D.B. Cooperin mahnısı" adlı bir musiqi bəstələdi.

Detektif Larry Carrinin tələbindən sonra FBI, 36 il sonra təkrar Cooper dosyasını açdı. Araşdırmaları tək başına davam etdirən Larry ilk olaraq açıqlama verdi. Larry bildirdi ki, əgər Cooper sağdırsa o indi təxminən 85 yaşında olmalıdır. Boyu 1.75, çəkisi isə 78 kq olmalıdır.

Qeyd edək ki, Larry əhalinin köməkliyi ilə onun tapılacağına inanırdı: "Bu araşdırmada həmişəki üsuldan istifadə edəcəyik. Robot şəkilləri əhaliyə dağıtmışıq. Sadəcə gözləməliyik. Birinin ofisimin qapısını açacağını və "Əmim 1971-ci ildə itib. Bəlkə Cooper mənim əmimdir" deməsini gözləyirəm"

Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.