İsrail Qəzzada xəstəxanaya raket zərbəsi endirilməsində islamçıların əli olmasına dair sübutları dərc edib

20-10-2023, 00:04           
İsrail Qəzzada xəstəxanaya raket zərbəsi endirilməsində islamçıların əli olmasına dair sübutları dərc edib
İsrail müdafiə ordusu HƏMAS-ın iki yaraqlısının söhbətini tutub və yayımlayıb. Onlar Qəzzada
xəstəxanaya düşən raketin fələstinlilər tərəfindən atıldığını müzakirə edirlər
Sosial şəbəkələrdə yayımlanan audio fraqmentdə HƏMAS-ın iki yaraqlısının söhbəti verilib.
Onlar ərəb dilində danışırlar, onların nitqi subtitr ilə ingilis dilinə tərcümə olunur.
— Sənə deyirəm, ilk dəfədir ki, belə raketin düşdüyünü görürük, ona görə də deyirik ki, bu,
Fələstinin “İslam cihadı” raketidir.
– Bu, bizdəndir?
– Elə görünür.
– Bunu kim deyir?
– Onlar deyirlər ki, raket mərmisi yerlidir və İsrail mərmisinə bənzəmir.
– Allahım, partlamağa başqa yer tapmadı?
– Onu xəstəxananın arxasındakı qəbiristanlıqdan atıblar. Çalışmayıb və xəstəxanaya düşüb.
– Orada qəbiristanlıq var?
– Hə, elə, bu ərazidə.
Bundan əlavə, İsrail müdafiə ordusu zərbədən əvvəl və sonra xəstəxananın ətrafındakı ərazinin
videosunu yayımlayıb. Kadrlarda xəstəxananın yanında avtomobillərin park yeri, orada isə
yanmış avtomobillər görünür. Videodakı yazıdan bəlli olur ki, bura raket düşdükdən sonra
partlayışın baş verdyi yerdir. Videoda xəstəxananın damındakı mərmi də qeyd olunub.
Növbəti kadrda müqayisə üçün raket zərbəsindən qalan krater göstərlir. Xəstəxana ərazisində
kraterin görünən izləri yoxdur. İsrail hərbçilərinin sözlərinə görə, raket birbaşa xəstəxanaya
düşməyib.
Qəzzada “Əl-Əhli” xəstəxanasına raket zərbəsi ötən gün axşam endirilib. Fələstin Muxtariyyəti
Səhiyyə Nazirliyi zərbədən dərhal sonra 500 nəfərin öldüyünü bildirib. Daha sonra Al Arabiya
telekanalı bildirib ki, ölənlərin sayı 800 nəfərə çatıb.
Çərşənbə günü brifinqdə SAXAL nümayəndəsi Daniel Haqari bildirib ki, ötən gün saat 18:59-a
yaxın xəstəxananın arxasındakı qəbiristanlıqdan “İslam cihadı” tərəfindən 10-a yaxın raket atılıb.
“HƏMAS əslində baş verənləri gizlətmək üçün qlobal media kampaniyası başlatmağa qərar
verib. İşi o dərəcəyə çatdırıblar ki, hətta qurbanların sayını şişirtməyə başlayıblar”, – Haqari
deyib.
Turan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.