Vəkillər Kollegiyası məhkəməyə verildi: qurum 5 milyon manatla bağlı sorğulanır

23-10-2023, 09:27           
Vəkillər Kollegiyası məhkəməyə verildi:
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasını məhkəməyə verib.

Teref.az bildirir ki, bu barədə "Arqument.az"a mərkəzin rəhbəri Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, mərkəz Vəkillər Kollegiyası nı İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi insan hüquqları təşkilatının sorğularına cavab vermədiyi üçün məhkəməyə verib.

İşə dekabrın 18-də Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə baxılacaq.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hesab edir ki, Vəkillər Kolegiyası qanunvericiliyin tələblərini, xüsusən də, "İnformasiya əldə etmək haqqında" Qanunu kobud şəkildə pozub.

Vəkillər Kollegiyası isə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin bu addımına hər hansı reaksiya verməyib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi nəyi iddia edir?

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasının sədri Anar Bağırova Kollegiyaya ayrılmış 5 000000 (beş milyon) manat vəsaitin hara xərcləməsi və hesabat verməsi ilə bağlı sorğu göndərib.

Kollegiya və Anar Bağırov təşkilatın 08-08-2023 tarixdə ünvanladığı şifahi sorğuya münasibət bildirməyib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi isə hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.

Bununla yanaşı, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Anar Bağırovu başqa bir mövzuda ittiham edir.

Mərkəzin sədri Fikrət Cəfərli "Arqument.az"a deyib ki, Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama verməkdən yayınır:

"Bu pul dövlət hesabına tutulan vəkillərə görə ayrılan pullardır. Bu pulun hara xərclənməsi aydın deyil. Bizə bu barədə xeyli informasiya daxil olub. Şikayət edən şəxs isə Kolegiyaya üzv olmaq üçün müraciət edən hüquqşünaslardan biridir. Anar Bağırovun borcudur ki, bu məsələlərə, suallara aydınlıq gətirməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.