Erməni separatçılarının liderlərinin bu gün Azərbaycan dövlətinin əlində əsir olması tarixin təkcə ironiyası deyil, həm ciddi-ciddi öyrənilməli olan dərsidir

11-11-2023, 11:08           
Erməni separatçılarının liderlərinin bu gün Azərbaycan dövlətinin əlində əsir olması tarixin təkcə ironiyası deyil, həm ciddi-ciddi öyrənilməli olan dərsidir
10 Noyabr üçtərəfli bəyanatı əsasında Rusiya qoşunlarının Azərbaycana daxil olmasını ilk gündən yanlış hesab etmişəm və bu gün də həmin fikirdəyəm. Çünki Rusiya onun aləti olan Ermənistandan qat-qat təhlükəlidir və başımıza gələnlərin hamısının səbəbkarıdır.
Ümid edirəm və inanıram ki, gec ya tez işğalçı Rusiya ordusunu da ölkədən çıxara biləcəyik. İnanıram ki, daxildəki düşmənləri də zərərsizləşdirib yolumuza davam edəcəyik. Bundan sonra yolumuz ancaq quruculuq yolu olmalıdır.
Bunun üçün ilk növbədə quruculuğa şüurumuzdan, təfəkkürümüzdən, təhsilimizdən başlamalıyıq. Yalnız bu halda gedəcəyimiz yolu düzgün seçə və gedə bilərik. Yalnız bu halda qarşımıza çıxacaq maneələri dəf edə bilərik.
Qarşımıza çıxa biləcək maneələr isə hələ çox olacaq. Amma Qarabağ separatçılarının yolunu getmək istəyənlər bu ölkədə daha olmayacaq və olmayıb da. Elə onlara qarşı mübarizəsində əl-ələ verən bütün azərbaycanlılar da bunu hamıya açıq şəkildə nümayiş etdirdilər .
Yeri gəlmişkən, onilliklər boyu Azərbaycana meydan oxuyan, bizi aşağılamağa çalışan erməni separatçılarının liderlərinin bu gün Azərbaycan dövlətinin əlində əsir olması tarixin təkcə ironiyası deyil, həm ciddi-ciddi öyrənilməli olan dərsidir, ilahı ədalətin təcəssümüdür.
Allah bu yolda şəhid olan bütün həmvətənlərimizə qəni-qəni rəhmət eləsin və bu yolda sağlamlığını itirmiş qazilərimizə, zərər çəkmiş həmvətənlərimizə sahib çıxa bilmək üçün bizə güc, iradə, özgüvən və mübarizə əzmi versin.
Ərəstun Oruclu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.