Rusiya Avropaya niyə hibrid hücumlarını azaldıb? - SƏBƏB
Bu gün, 10:44
2025-ci ildə Rusiya Avropada hibrid hücumların və təxribatların sayını əhəmiyyətli dərəcədə azaldıb . Bunun səbəblərindən biri də təxribatçıların tam səriştəsizliyidir. Bakupost.az xəbər verir ki, bu barədə “Blumberq" agentliyi məlumat yayıb . Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitik mərkəzinin hesabatına görə, bu ilin yanvar-may ayları arasında Avropaya Rusiyanın 11 hibrid hücumu olub. 2024-cü ildə isə bu rəqəm 30-dan çox olub. Adları açıqlanmayan Qərb rəsmilərinə görə, Rusiya ABŞ-ın yeni administrasiyasının ilk aylarında Avropaya hücumlarını dayandırmış ola bilər, çünki Rusiya Donald Trampla münasibətlərini dərhal korlamaq istəməyib.