Sumqayıtda 41 yaşlı kişinin evdə meyiti tapılıb

Bu gün, 10:34           
Sumqayıtda 41 yaşlı kişinin evdə meyiti tapılıb
Sumqayıt şəhərində 41 yaşlı kişinin kirayədə yaşadığı mənzildə meyiti tapılıb.
Hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Rzayev Xalid Ramiz oğlunun kirayə yaşadığı mənzildə meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru