Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...

Bu gün, 11:18           
 Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tibbi soyuducuların satın alınması ilə bağlı müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, "VIVA MEDICAL GROUP" MMC ilə imzalanan müqavilənin ümumi dəyəri 36.580 manat təşkil edir.

Məlumata görə, satınalma çərçivəsində tibbi laboratoriya üçün iki çeşid soyuducu əldə ediləcək.

Qeyd edək ki, qalib şirkət – "VIVA MEDICAL GROUP" MMC-nin nizamnamə kapitalı 10.000 manat, qanuni təmsilçisi isə Pərviz İsgəndərsoy Nurəddin oğludur.

Qeyd edək ki, yerli mediada daha əvvəl yayılan məlumatlara görə, bu şirkət Azərbaycan iqtisadiyyatından valyuta çıxaran məşhur şirkətlər arasında yer alıb. 2022-ci ildə yayımlanan bir araşdırmada “VIVA MEDICAL GROUP” MMC də daxil olmaqla bir neçə şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinmişdi.

Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, müşahidə şurasının sədri isə millət vəkili Nigar Arpadaraidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru