Dörd ölkə Azərbaycan qazının Suriyaya nəqlinə dair birgə BƏYANAT YAYDI

Bu gün, 11:04           
Dörd ölkə Azərbaycan qazının Suriyaya nəqlinə dair birgə BƏYANAT YAYDI
Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ötürülməsinin başlaması ilə bağlı birgə açıqlama yayıblar.

Oxu.Az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı bəyanatda bu layihənin dörd ölkə arasında əlaqələrin gücləndirilməsində vacib addım olduğu qeyd olunub.

Açıqlamada vurğulanıb ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonrakı bərpa və normallaşma prosesi üçün xüsusi əhəmiyyət daşıyır.

Sənəddə qeyd edilib ki, bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və əhalinin həyat şəraitinin yaxşılaşmasına birbaşa töhfə verən mühüm humanitar addımdır.

Bundan əlavə, iştirakçı ölkələr regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru