Pezeşkian üçün Pakistanda MÖHTƏŞƏM QARŞILANMA

Bu gün, 10:52           
Pezeşkian üçün Pakistanda MÖHTƏŞƏM QARŞILANMA
İranın Azərbaycan əsilli yeni prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda möhtəşəm hərbi mərasimlə qarşılanıb. Sosial şəbəkələrdə və Pakistan mediasında yayılan kadrlarda Pezeşkianın şərəfinə ordu hissələrinin rəsmi keçid mərasimi təşkil olunduğu görünür.

Bu, son illərdə İran-Pakistan münasibətlərində nadir rast gəlinən səviyyədə rəsmi və protokol qaydada keçirilən görüş kimi dəyərləndirilir. Qeyd edək ki, xüsusilə ABŞ və İsrailin İrana qarşı bombardımanlarından sonra Tehran regionda yeni ittifaqlar qurmağa çalışır.

Pezeşkian prezident seçildikdən sonra qonşu və müsəlman ölkələrlə münasibətləri normallaşdırma xətti götürdüyünü açıq şəkildə nümayiş etdirir. Onun ilk addımları sırasında Azərbaycanla münasibətlərin düzəlməsi və səmimi mesajlar ön planda olub. Hazırda isə Pakistan kimi strateji önəmli bir ölkə ilə bu səviyyədə münasibətlər qurulması Tehranın yeni kursunun göstəricisi sayılır.

Ekspertlər bildirirlər ki, Pezeşkianın fərqli siyasi kursu – teokratik rejimin yaratdığı regional izolyasiyadan çıxmaq cəhdi – həm də regionda sabitlik üçün yeni imkanlar yarada bilər. Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru