NATO ölkələri Ukraynaya könüllü vəsait ayıracaq

Bu gün, 10:24           
NATO ölkələri Ukraynaya könüllü vəsait ayıracaq
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv dövlətlər Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə yaradılmış yeni hesaba könüllü olaraq vəsait yatırmağı planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Kiyevin müttəfiqləri ABŞ-dən Ukrayna üçün milyardlarla dollar dəyərində silah almaq məqsədilə yeni depozit hesabı yaradacaq.
Bildirilir ki, Ukraynanın silah ehtiyaclarının təhlili NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin yeni komandanı, amerikalı general Aleksis Qrinkeviç tərəfindən həyata keçiriləcək. Bu zaman silah tədarükü "Ukraynanın tələbləri ilə ABŞ-nin hərbi ehtiyaclarının müqayisəsi" əsasında həyata keçiriləcək.
Təşəbbüsün ilkin mərhələsində silah alınması üçün təxminən 10 milyard dollar ayrılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru