Ukrayna 192 milyon dollarlıq PUA alır

Bu gün, 11:14           
Ukrayna 192 milyon dollarlıq PUA alır
Ukrayna Müdafiə Nazirliyi “Dron Line” layihəsində iştirak edən hərbi hissələrin təcili ehtiyacları üçün 191,8 milyon dollar ayırıb.

Bu barədə Müdafiə Nazirliyinin rəhbəri Denis Şmıqal "Telegram" kanalında yazıb.

"Biz Ukrayna pilotsuz uçuş aparatlarına (PUA) sərmayələri artırır və müdafiə qüvvələrini gücləndiririk. Ali Baş Komandanlığın qərargahının qərarını yerinə yetirmək üçün Müdafiə Nazirliyi Ukrayna ordusunun ehtiyacları üçün vəsaitin yenidən bölüşdürülməsi qərarını təsdiqləyib", - o bildirib.

Nazir vurğulayıb ki, bu, "Magyar quşları", K2, "Raroq", "Axilles", "Nemesis", "Qara meşə" kimi bölmələrin dərhal maliyyələşdirilməsini təmin edəcək.

Bundan başqa, onun sözlərinə görə, dron əleyhinə müdafiə üçün 23,9 milyon dollar ayrılıb.

Ukrayna xarici tərəfdaşlarla “Drone Line” layihəsinin maliyyələşdirilməsi üzərində işləyir. Niderlandla ikitərəfli saziş Ukrayna istehsalçılarından pilotsuz uçuş aparatlarının alınmasını nəzərdə tutur. Bu alət sayəsində dövlətə məxsus "Oschadbank" artıq 837 milyon avro dəyərində müqavilələr üçün bank zəmanəti verib.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru