Oğlu üçün döyüşürdü!
Bu gün, 10:42

“Kunq-fu kralı” ləqəbli Muslim Salixov artıq 41 yaşındadır, amma hələ də oktaqona çıxmağa davam edir. Onun bu inadkarlığının arxasında isə təkcə idman karyerası yox, bir ata olaraq sonsuz sevgi və məsuliyyət hissi dayanır.
Bir zamanlar məlum olmuşdu ki, Muslimin azyaşlı oğlu sağlamlıq problemləri yaşayırdı.
O, 2 yaşından etibarən oğlunu müxtəlif həkimlərə, klinikalara aparır, gecələr narahat yuxularla keçirdi, danışmırdı, inkişafı dayanmışdı.
“Demək olar ki, bütün qonorarlarımı müalicəyə xərclədim. Özümə heç nəyi qadağan etmirdim, amma oğluma görə məsuliyyəti yalnız mən daşıyıram,” — deyə Muslim müsahibəsində bildirmişdi.
Buna baxmayaraq, o döyüşməkdən əl çəkmədi: burnu qırıldı, zərbələr aldı, uduzdu, yenə qayıtdı. Çünki bu artıq karyera yox, məhəbbət və ata fədakarlığı idi.
“Mənim, ailəmin və xəstə oğlumun qeydinə məndən başqa heç kim qalmayacaq.”
Sevindirici haldır ki, hazırda oğlunun səhhəti qaydasındadır.
Salixov isə hələ də bizləri heyrətləndirməkdədir:
3 ardıcıl qələbə
15 ilk-raund nokautu
Və bütün bunlar — 41 yaşında!
Qeyd edək ki, Muslim Salihov bu gün Əbu-Dabidə təşkil olunnan turnirdə rəqibi Karlos Lealanı döyüşün 42-ci saniyəsində nokauta salaraq döyüşü gözəl qalibiyyətlə bitirdi.