40 yaşlı kişi sualtı mağarada itkin düşdü, 5 gün sonra tapıldı

Bu gün, 11:44           
40 yaşlı kişi sualtı mağarada itkin düşdü, 5 gün sonra tapıldı
Çində 40 yaşlı kişi suya daldıqdan sonra sualtı mağarada itkin düşüb və 5 gün sonra sağ tapılıb.
AzPost xarici KİV-ə istinadən xəbər verir ki, kişi çaya baş vurduqdan sonra suyun üzünə qayıtmayıb. Axtarış-xilasetmə qrupları günlərlə sualtı mağaralarda onu axtarıb, yalnız uzaqdan gələn zəif səsləri eşidiblər. Nəhayət, dalğıc yalnız 4% oksigen ehtiyatı ilə tapılaraq sudan çıxarılıb.
Məlum olub ki, o, təxminən 9 metr dərinlikdəki mağaraya girərək orada yolunu azıb. Kişi yalnız hava cibi (hava boşluğu) və çiy balıq sayəsində sağ qala bilib. Hadisədən sonra səhhəti yaxşı qiymətləndirilib.
Dalğıcın dediyinə görə, tək istəyi siqaret çəkmək olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru