Bu gün saat 20:10 radələrində Bavra-Gümrü avtomobil yolunda Rusiya dövlət qeydiyyat nişanlı, “Tank” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq beton maneəyə çırpılıb və dərəyə aşıb. Bakupost.az erməni mediasına istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər yerindəcə ölüb, bir nəfər ağır vəziyyətdə Gümrü tibb mərkəzinə aparılıb. Ölənlər Rusiya vətəndaşlarıdır.