Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

Bu gün, 11:58           
Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb
2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.

AZƏRTAC Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə – 6 min tondan 723 min tona qədər artıb.

Qeyd edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru