Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib...

6-12-2023, 09:53           
Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib...
Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib, son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək:
1. “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”;
2. “Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min (?!) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”;
3. “Azərbaycan Ukraynaya mərmi göndərib”.
Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır. 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik. Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, “ikili standartlardan” qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.