"ABŞ-da Ukraynaya yardımın təsdiq edilməsi perspektivləri yaxşılaşıb" - "Bloomberg"

15-12-2023, 12:24           
"ABŞ-da Ukraynaya yardımın təsdiq edilməsi perspektivləri yaxşılaşıb" - "Bloomberg"
"Konqres bayramlarla bağlı fasiləyədək Ukrayna üçün əlavə maliyyələşməyə səs verməlidir, əks halda Putinə Milad bayramı hədiyyəsi edəcək..."
ABŞ daxili təhlükəsizıik naziri Alexandro Mayorkasla senatorların təxminən iki saat davam edən görüşündən sonra ABŞ-ın sərhəd siyasəti üzrə təklif işlənib hazırlanıb

ABŞ prezidenti Co Bayden Amerikanın sərhəd siyasətində dəyişiklik etməyi təklif edəndən sonra Ukraynaya yardım barədə ikipartiyalı sazişin perspektivləri yaxşılaşıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

"Respublikaçılar bağlı qapılar arxasında görüşərək daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın çərşənbə axşamı senatorlarla təxminən iki saat davam edən görüşündən sonra meydana çıxan şıfahi təklifi dəyərləndirib", - nəşr yazıb.

Respublikaçı senator Tom Tillisin sözlərinə görə, adıçəkilən təklif Baydenə müəyyən sayda miqrantlar Amerika sərhəddini keçəndən sonra onların deportasiya edilməsi üzrə geniş səlahiyyətlər verəcək. Lakin mühafizəkar respublikaçılar bəyan edib ki, bu, kifayət deyil.

Eyni zamanda Ohayo ştatından olan respublikaçı Ceyms Devid Vens qeyd edib ki, Ağ evin müdaxiləsindən sonra məsələ "bir qədər aydınlaşıb". Lakin yaxın zamanlarda son saziş hazır olmayacaq", - o, iddia edib.

ABŞ-da Ukraynaya yardım barədə qanun layihəsinin qəbulu ilə bağlı problem

Oktyabrın 20-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana yardım ayrılmasını nəzərdə tutan 106 milyard dollar məbləğində maliyyələşdirmə üçün Konqresə sorğu göndərib.

Bunun 61 milyard dolları Ukraynaya dəstək üçün nəzərdə tutulub. Lakin sənəd indiyədək Amerika qanunvericiləri tərəfindən təsdiq ediməyib.

Dekabrın 12-də Bayden vurğulayıb ki, Konqres Ukrayna üçün əlavə maliyyələşməni bayramlarla bağlı fasiləyədək səs verməlidir, əks halda "onlar Putinə Milad hədiyyəsi edəcək".

Eyni zamanda "The Hill" nəşri senatorlara istinadən yazır ki, Konqres, ehtimal ki, Ukraynaya yardım və ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsini növbəti ilədək təxirə salacaq, çünki dekabrın 25-i, yəni Milad bayramınadək qanun layihəsini qəbul etməyə macal tapmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.