Paşinyan geri çəkilir: Gümrüdəki iclasda nələr deyib? – Detallar

19-12-2023, 11:25           
Paşinyan geri çəkilir:
“Mənbələrimiz bizi əmin edir ki, Baş nazir Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının və MDB Rəhbərləri Şurasının iclasında iştirak edəcək”.

Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün “U dönüşü” etməyə hazırlaşır:

“Hakim partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan gileyləniblər ki, “Qərb onların addımlarını düzgün dəyərləndirmir, buna görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb”. Bununla onlar qarşıdakı tədbirlərdə iştiraka dair mesaj veriblər.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Kreml Nikol Paşinyanın MDB liderlərinin qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcəyi barədə siqnal alıb”./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru