Azinforum.az Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevin maraqlı fotosunu əldə edib. Xatırladaq ki, İsmayıl Ağayev sabiq polis işçisidir. O, Daxili İşlər Orqanlarında bir sıra rəhbər vəzifələrdə çalışıb. Ancaq İsmayıl Ağayevin əyninə geyinərək şəkil çəkdirdiyi yeni forma ölkəmizdəki heç bir xidmətin uniformasına oxşamadığı üçün, bu yöndə araşdırma aparmaq qərarına gəldik. BDM sədrinin özü ilə əlaqə yarada bilmədiyimiz səbəbindən, bu məsələ ilə bağlı bəzi ekspertlərin rəyini öyrəndik. Məlum oldu ki, BDM sədrinin forması “CİPDH” adlanan beynəlxalq təşkilata məxsusdur. Həmin təşkilat əsasən insan haqları və azadlıqlarının qorunması üzrə ixtisaslaşıb və dünyada nüfuzu olan bir təsisatdır. Çox güman ki, İsmayıl Ağayev bundan sonra həmin təşkilatın Azərbaycan üzrə koordinatoru kimi fəaliyyət göstərəcək. İsmayıl Ağayevin özünün bu məsələyə tam aydınlıq gətirməsinə çalışacayıq.