ANS Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmovanın verdiyi məlumata görə bu gün ANS Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına , Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim edib. Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatlar yaxın günlərdə veriləcək. teref.az