Səhiyyə Nazirliyi Tarif Şurasına müraciət etdi və…
2-08-2016, 16:06
Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun surətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinda tərcümə xidməti yaradılıb.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsümun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılıb və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunub.
2016-cı ilin 1-ci yarımilliyində dərman vasitələrinin qeydiyyatının aparılmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlanıb. Farmakonəzarət xidmətinin yaradılması məqsədi ilə müvafiq qaydalar işlənilib, bu sahə üzrə işləyəcək mütəxəssis xarici ölkəyə təlimə göndərilib. Hazırda dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının elektron sisteminin yaradılması istiqamətində tədbirlər hazırlanır. Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ”Qaynar xətt”inə 2016-cı ilin 1-ci yarmilliyi ərzində ayrı-ayrı vətəndaş və müxtəlif təşkilatlardan daxil olan şikayət və sorğu xarakterli müraciətlərin qanunauyğun şəkildə cavablandırılması, şikayətlərin operativ həlli və vətəndaşların ətraflı məlumatlandırılması məqsədi ilə cavabdeh şöbənin fəaliyyəti daha da gücləndirilib.