Cəzaçəkmə müəssisəsində Seymur Həzi və Nigar Yaqublunun nikah mərasimi baş tutub--FOTO, VIDEO

2-08-2016, 18:32           
Cəzaçəkmə müəssisəsində Seymur Həzi və Nigar Yaqublunun nikah mərasimi baş tutub--FOTO, VIDEO
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədr müavini Seymur Həzi Müsavat Partiyası Məclisinin üzvü Nigar Yaqublu ilə rəsmi nikaha daxil olub.

Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.

Qeyd edək ki, Seymur Həzi barəsində 2014-cü ilin avqust ayında Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru