Baş nazir “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı qərarında dəyişiklik etdi

4-08-2016, 12:35           
Baş nazir “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı qərarında dəyişiklik etdi

Şirkətin nizamnamə kapitalı 15%-ə yaxın artırılıb.

Baş nazir Artur Rasizadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə 24 yanvar 2014-cü il tarixli qərarınında dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, şirkətin nizamnamə kapitalı 14,77% və ya 56 milyon 630 min 377 manat artırılıb.

QSC-nin nizamnamə kapitalı 440 milyon 50 min 998 manata, səhmlərin sayı 440 milyon 50 min 998-ə çatdırılıb.

Qeyd edək ki, indiyənə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin kapitalı hər birinin nominal dəyəri bir manat olan 383 milyon 420 min 621 səhm əsasında formalaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru