Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu - Rüşvət qalmaqalı

5-08-2016, 07:55           
Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu - Rüşvət qalmaqalı
Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb

Bu barədə gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.

Xəbərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavabsız qaldı.

Mövzuya qayıdacağıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru