Qan qruplarının sayı 4 deyil, daha çoxdur... TƏƏCCÜBLÜ FAKTLAR

6-08-2016, 08:20           

Biz bilirik ki, insanların 4 qan qrupu var – I (0), II (A), III (B) və IV (AB). Lakin son illərdə aparılan araşdırmalar göstərib ki, qan qruplarının sayı 4 deyil, daha çoxdur.
Alimlərin fikirinə görə, 10-dan artıq qan qrupu mövcuddur.
Qan qrupları bir birindən eritrositlərin (qan hüceyrələri) üzərində olan xüsusi zülallarla seçilir və alimlərin fikirinə görə bu zülallar fikirləşdiyimizdən daha çoxdur.
Yeni Langereis və Junior qan qrupları 2012-ci ildə, Vel qan qrupu isə 2013-cü ildə aşkar olunub. Qruplar pasiyentlərin adlarını daşıyır.
Bu qruplara aid olan insanların sayı dəqiq məlum deyil. Məsələn, Yaponiyada qan qrupu Langereis (-) olan 2500 nəfər insan yaşayır. Dünyanın müxtəlif yerlərində bu qan qrupu olan insanlar aşkar olunur. Həmçinin Yaponiyada Junior (-) qan qrupu olan 50.000 nəfər insan yaşayır. Bu qan qrupuna qaraçılar arasında da rast gəlinir.
Avropa və Amerikada 400.000-ə yaxın insan Vel (-) qan qrupuna aiddir.
Alimlərin fikrinə görə, yeni qan qruplarının aşkar olunması bir çox tibb problemləri həll etməyə imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.